23.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 22.05.2023-cü il tarixdə Azərbaycanın
Milli Qəhrəmanı Mirzəyev Yusif Vəli oğlunun anadan olmasının 65 illiyi münasibəti ilə “Ən uca ad şəhid adıdır” adlı anım günü keçirtdi.
Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Multimedia üzrə mütəxəssiz Nərgiz Məmmədova tədbiri açıq elan edərək, şəhidin həyatı və döyüş yolundan danışdı. Tarix müəllimi Əfsanə Məmişova Dağlıq Qarabağı işğaldanda azad etmək uğrunda qəhrəmanlıq mübarəzisində şəhidlik adlı uca zirvəyə adlarını yazdıran Vətən oğullarının tanıdılması vacibliyi haqqında çıxış etdi. Tədbirdə iştirak edən sinif şagirdləri şəhidlərə həsr edilən şeirlər söyədilər. Gələcək nəsillərə nümunə olan bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Allah şəhidlərə rəhmət eləsin.