23.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 23.05.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə “Təbii sərvətlərimiz-хоşbəхt gələcəyimiz” adlı söhbət təşkil etdi . Tədbirdə Azərbaycan dövlətinin müstəqilliyi , suverenliyi və torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS- nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də görülən işlərdən, Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunmasından, indiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsindən o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərdən söhbət edərək “Təbii sərvərlərimizi qoruyaq” adlı videoçarx nümayiş etdi. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.