22.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Yusif Vəli oğlunun anadan olmasının 65 illiyi ilə əlaqədar “Qəhrəmanları tanıyaq və tanıdaq” başlığı altında anım günü keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra filialın böyük kitabxanaçısı Səkinə Kərimova Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Yusif Vəli oğlunun keçdiyi şərəfli ömür yolu haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə M.Mehdizadə adına 4 saylı tam orta məktəbin İngilis dili müəllimi Cəmalə Camalova çıxış etdi, həmin məktəbin 5-ci sinif şagirdləri Şəhidlərə, Vətənimizə həsr olunmuş şeir parçaları söylədilər. Tədbir iştirakçıları ağır da olsa Yusif Mirzəyev kimi qəhrəmanlarımızla qürur duyduqlarını bildirdilər.