22.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Quliyev Aqil Sahib oğlunun anadan olmasının 60 illiyi münasibətilə ”Ən uca zirvə-Şəhidlik zirvəsi” adlı anım günü keçirtdi. Tədbirdə Azərbaycan dövlətinin müstəqilliyi , suverenliyi və torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS- nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Azərbaycanın Milli Qəhrəmanı Quliyev Aqil Sahib oğlunun qısa, şərəfli həyat və döyüş yolu haqqında məlumat verdi. Kəlbəcər rayon 109 saylı tam orta məktəbin şagirdlərindən Sevda Ələsgərli, Nuray Həsənova, Pərvanə Mədətli, Nihad Babazadə, Vətən uğrunda ölməyin şəhadətə yüksəlməyin ölümlərin ən şərəflisi olmasından Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidin xatirələrinin gənclər tərəfindən əziz tutulmasından Vətəni uğrunda böyük qəhrəmanlıq göstərmiş minlərlə oğul və qızlarının uyuduğu müqəddəs məkan – Şəhidlər xiyabanlarından danışdılar. Tədbirin sonunda Kəlbəcər rayon 109 saylı tam orta məktəbin VI-VII-VIII sinif şagirdləri şəhidlər haqqında şeirlər, bayatılar söylədilər. Allah bütün şəhidlərə rəhmət etsin!