Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İgid əsgər” adlı anım saatı keçirilib

20.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər kitabxana filialı Heydər Əliyev Mərkəzində 19 may 2023-cü il tarixdə 1-ci Qarabağ döyüşçüsü Milli Qəhrəman Yusif Vəli oğlu Mrzəyevin anadan olmasının 65 illiyi münasibətilə “İgid Əsgər” adlı anım saatı keçirdi. Vətən uğrunda canlarından keçən igidlərin əziz xatirəsi bir dəqiqəlik sütla yad edild. Şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova iştirakçılara keçirilən anım saatı haqqında məlumat verdi. Milli Qəhrəman Yusif Vəli oğlu Mirzəyevin keçdiyi döyüş yolundan danışdı. Goranboy rayon Rəsm Qaleriyasının direktoru Çinarə Abdullazadə mövzu ətrafında çıxışı etdi. Sonda 1-ci Qarabağ müharibəsinin şəhidi Yahuzər Sədi oğlu Bayramovun həyat yoldaşı Nəzakət Bayramova çıxışında ölkə başçısı cənad İlham Əliyev tərəfindən şəhid ailələriniə göstərdiyi qayğıya görə öz minnətdarlığını bildirdi.

 

162.3 KB