19.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 18.05.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə Beynəlxalq Muzeylər Günü münasibətilə “Hər muzey bir taixdir” adlı məlumat saatı keçirtdi. Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri
açıq elan edərək muzeylərin milli mədəniyyət nümunələrimizin qorunduğu məkan olduğundan danışdı. Kəlbəcər rayon 109 saylı tam orta məktəbin direktor müavini tarix müəllimi Şikar Baxışov ölkəmizdə muzey işinin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından, xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında, muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Prezident İlham Əliyevin
respublikada müvafiq şəbəkənin genişləndirilməsinin, muzeylərin maddi-texniki bazasının gücləndirilməsinin daim diqqətdə saxlamasından danışdı. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” adlı videoçarxı iştirakçılara təqdim etdi. Tədbir iştirakçıların böyük marağına səbəb oldu.