Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vedinamə” kitabının təqdimat mərasimi təşkil edilib.

18.05.2023

17 May 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət Şöbəsində nizamişünas alim, şair, GDU-nun dosenti, AYB-nin üzvü, 2022-ci ilin Prezident mükafatçısı, AYB-nin 13-cü qrultayının nümayəndəsi,TURAN Beynəlxalq Elmlər Akademiyasının akademiki, 100-dən çox elmi əsərlərin müəllifi Bayram Ağrıdağın-Bayram Apoyevin oxucuları ilə 7-ci görüşü olan “Vedinamə” kitabının təqdimat mərasimi təşkil edilib.

            Tədbirdə ilk öncə  Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

            Şair Bayram Apoyevə həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirin təçkilatçısı və aparıcısı xidmət öbəsinin şöbəsinin müdiri Aidə Abdullayeva  alim-şair Bayraçm Apoyev haqqında, yeni nəşr olunmuş “Vedinamə” kitabı ilə bağlı qisa məlumat verdi.

            İlk olaraq söz müəllifə verildi. Bayram müəllim Vedinamə kitabının yaranması tarixi, Vedibasar rayonu  ilə bağlı təəsüratlarını iştirakçılrla bölüşdü.

            Sonra Gəncə Dövlət Kukla Teatrının aktyorları Yeganə Məmmədova və Məhəmməd Hacıyevin ifasında “Vedinamə” kitabında yer almış şeirlər səsləndi.          

Tədbirin qonaqları- AYB-nin Gəncə bölməsinin sədri, yazıçı, dramaturq Xəzangül Hüseynova, yazıçı, dramaturq,ictimai xadim Nüşabə Əsəd Məmmədli, yazıçı, şair, nasir, jurnalist Qərib Mehdi, GDU-nun dossenti, AYB-nin üzvü, şair Qvamil Qazıyev, AMEA-Gəncə bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru  Əlimuxtar Muxtarov, AMEA Gəncə bölməsinin Nizami Mərkəzinin böyük elmi işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Aləmzər Tağıyeva, M.C.Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva, AYB-nin  və Azərbaycan Jurnalistlər birliyinin üzvü, prezident mükafatçısı,şair Aydın Murovdağlı, AYB və AJB-üzvü, yazıçı,publisist Ümbülbanu xanım, AYB-Gəncə bölməsinin məsləhətçisi, uşaq şairi Aləmzər Əlizadə “Vedinamə” kitabı haqqında, kitabda yer almış vətən həsrətli, “Ana” adlı və s. şeilrəri haqqında danışaraq, kiatbın nəşri münasibətilə müəllifi təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzu etdilər.

            Kitabxanada keçirilən tədbirlərin fəal və yaxın iştirakçıları Damla və Nihat Məmmədli, Bayram Apoyevin tələbələri - GDU-nin filologiya və pedaqogika fakultəsinin tələbələri Bayram Apoyevin yeni “Vedinamə” kitabında nəşr olunmuş şeirlərlə çıxış etdilər.

            Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktor əvəzi Gülünaz İsgəndərova öz çııxışında-“Bayram Apoyev öz kitab təqdimatları ilə yanaşı, xidmət şöbəsində təşkil olunan bütün tədbirlərində yaxından iştirak edir və bizimçün sevindirici haldır ki, bu kimi tədbirlər üçün məkan kitabxana olaraq seçilir” kimi fikrini bildirdi.

            Sonda söz alan müəllif Bayram Apoyev bütün qonaqlara səmimi təbrikləri, tədbirdə iştirakları üçün , həmçinin tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

            Sonda müəlliflə xatirə şəkilləri çəkildi və yeni “Vedinamə” kitabı oxucu və iştirakçılara hədiyyə edildi.

 

93.2 KB