18.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 16.05.2023-cü il tarixdə 18 may Beynəlxalq Muzeylər Günu ilə əlaqədar "Muzeylərimiz tarix və mədəniyyətimizi yaşadır" adlı söhbət keçirildi .Multi media mütəxəssisi Vüsalə Mustafayevanın aparıcılıği ilə keçən tədbirdə qeyd olundu ki, YUNESKO- nun təşəbbüsü ilə 1978- ci ildən 18 may Beynəlxalq Muzeylər Günü dünyanın 150 ölkəsində qeyd olunur . Söhbət əsnasında kitabxanaçı bildirdi ki, muzeylərimiz milli - mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi yaşadan və təbliğ edən mədəniyyət ocaqlarıdır.Sonra istirakçılar çıxış edərək mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər.Tədbiri keçirtməkdə məqsəd uşaq və yeniyetmələrimizə milli dəyərlərimizi, muzeylərimizi tanıtmaq və onları muzeylərə getməyə alısdırmaqdır.-