Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən bir zirvəsən ...”adlı tədbir keçirilib

15.05.2023

12.05.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər Mədəniyyət Mərkəzi və filialların birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Sən bir zirvəsən ...”adlı tədbir keçirildi.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyinin qorunması , torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edildi.

Tədbirdə iştirak edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev , şairə Xəzəngül Hüseynova , publisist şair Respublikanın Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Yunisoğlu və başqaları çıxış edərək Ulu Öndərin həyat yolundan , onun zəngin və çoxşaxəli fəaliyyətindən , Gəncə şəhərinə olan xüsusi diqqətindən və şəhərimizə səfərlərindən geniş məlumat verdilər.Çıxış edənlər daha sonra qeyd etdilər ki,Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.Ölkəmiz real olaraq parçalanmaq təhlükəsindən xilas oldu,Azərbaycan inkişafa ,uğurlara ,böyük zəfərlərə imza atdı. Tədbirdə Aşıq Bəhruz Bağırovun və “Arzum “ xalq çalğı alətləri ansamblının (bədii rəhbər Münasib Murquzov )müşaiyyəti ilə müğənni Rövşən Kəlbəcərlinin, Ayaz Allahverdiyevin maraqlı ifaları tədbir iştirakçılarının alqışlarıyla qarşılandı. Sonra söz orta məktəblərdən dəvət edilmiş şagirdlərə verildi.Onlar Ulu Öndərə ,Vətənə həsr edilmiş şeirlər söylədilər. Daha sonra Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdi. Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Süleyman Əliyevin iştirakı ilə tədbirdə fəal iştirak edən şagirdlərə və iştirakçılara təşəkkürnamələr təqdim edildi.

 

97.9 KB