15.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar və Şəfəq Mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə Şəfəq kənd uşaq bağçasında "Dünyanı nağıllarla sevək və sevdirək" adlı növbəti nağıl saatı keçirildi. Nağıl saatında Şəfəq kənd Mədəniyyət evinin direktoru Kazımova Samirə və Qaraçinar kənd Mədəniyyət evinin direktoru İmanova Tahirə iştirak etdilər. Uşaqlara Azərbaycan nağıllarında " Baba və turp", " Qırmızı papaq", " Qarğa və pendir" nağılları danışıldı. Uşaqlar nağılları diqqətlə dinlədilər və sevdikləri nağıl qəhrəmanları haqqında suallar verdilər. Verilən suallara Şəfəq kənd Mədəniyyət evinin direktoru Kazımova Samirə ətraflı cavab verdi.Keçirilən nağıl saatı uşaqların alqışına və sevincinə səbəb oldu.