Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dovşanın yaxşılığı” nağılının tamaşası nümayiş olub

15.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı sağlamlıq imkanları məhdud olan uşaqlarla tədbirlərin keçirilməsi ilə əlaqədar olaraq Gəncə şəhər 45 saylı xüsusi məktəbdə “Dovşanın yaxşılığı” nağılının tamaşasını nümayiş etdirdi. 15 saylı filialın böyük kitabxanaçısı Səkinə Kərimova xüsusi diqqətə ehtiyacı olan uşaqları salamlayaraq onlara nağıl haqqında məlumat verdi. Onlarla dostluq, yoldaşlıq, yaxşılıq etmək kimi mühüm insani keyfiyyətlər haqqında söhbət apardı. Sonra filialın əməkdaşlarının təqdimatında “Dovşanın yaxşlığı” nağılının tamaşasına baxmağa dəvət etdi. Nağıl-tamaşa uşaqların böyük marağına səbəb oldu. Sonda tədbirin iştirakçıları olan məktəbin müəllimləri xüsusi diqqətə ehtiyacı olan uşaqların adından kitabxanaçılara öz minnətdarlıqlarını bildirdilər.

 

301.6 KB