15.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı ktabxana filialında 13.05.2023- cü il tarixində Xalq yazıçısı, professor, görkəmli incəsənət xadimi Elçin İlyas oğlu Əfəndiyevin anadan olmasının 80 illik yubileyi ilə bağlı " El üçün yaşayıb-yaradan yazıçı" başlığı altında söhbət keçirdi.Tədbirdə filialın müdiri Zeynəb Məmmədova çıxış edərək bildirdi ki, Xalq yazıçısı Elçin Əfəndiyev 1943- cü il may ayının 13- ü Bakı şəhərində doğulmuşdur.O 16 yaşnda ikən ilk yaradıcılığına başlayır.Keçən əsrin 60- cı illərindən ədəbi fəaliyyət göstərən yazıçının dünyanın müxtəlif dillərində 100- qədər kitabı nəşr olunub, tirajı isə milyonlarla ölçülür.Elçinin "Bülbülün nağılı" , "Mahmud və Məryəm","Baladadaşın ilk məhəbbəti","Bayraqdar", "Qarabağ şikəstəsi","Ömrün səhifələri"və s.kitabları, 10 cildlik "Seçilmiş əsərləri" daim geniş oxucu kütləsinin sevgisini qazanmışdır.Onun əsərləri həm teatr, həm də kino sənətinin inkişafında müstəsna rol oynayıb.Milli kökə bağlı olan əsərlərinin ən dərin qatında yazıçının humanist fikirləri dayanır.Elçinin yaradıcılıq axtarışları tükənməzdir.Dövlətimiz tərəfindən o "İstiqlal","Şərəf","Şöhrət" ordenləri ilə təltif olunmuşdur.