15.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şöbəsi 12.05.2023-cü il tarixində 46 saylı körpələr evi və uşaq bağçasında nağıl saatı təşkil etdi. Nağıl saatında şöbənin multimedia mütəxəsisi Səriyyə Abbasova balaca fidanlara “Ağac-hər dərdə əlac”, “Göbələk” və s. nağıllarını oxudu. Nağıllar kiçik yaşlı uşaqların marağına səbəb oldu. Sonda balaca fidanlarla nağıl haqqında müzakirə aparıldı. Tədbiri keçirtməkdə məqsəd məktəbəqədər yaşlı uşaqları kitaba, mütailəyə həvəsləndirmək, onların dünya görüşünü zənginləşdirməkdir.