Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Məşəl kimi yanan ürək ” adlı musiqili konsert proqramı keçirilib

12.05.2023

08.05.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində "Məşəl kimi yanan ürək " adlı musiqili konsert proqramı keçirilmişdir.

Tədbir Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı.

Tədbirin aparıcısı ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolundan bəhs etdi. Tədbirin rəsmi hissəsində qonaqlar mövzu ətrafında fikirlərini səsləndirdilər. Konsert proqramı Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə keçirildi. Konsertdə vətənə və ulu öndərə həsr olunmuş mahnılar səsləndirildi. Tədbirdə qonaq qismində Samux rayon İcra Hakimiyyəti humanitar məsələlər üzrə müavini Kəmalə Xəlilova, Gəncə Regional Mədəniyyət İdarəsi məsləhətçiləri və başqaları iştirak etmişdir.

 

173.2 KB