Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayon Səfikürd kənd Uşaq musiqi məktəbində “Tarixi yaşadan Dahi Lider” adlı konsert  tədbiri keçirilib

12.05.2023

08.05.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət  İdarəsi Goranboy rayon Səfikürd kənd Uşaq musiqi məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illk yubileyinə həsr olunmuş “Tarixi yaşadan Dahi Lider” adlı konsert  tədbiri keçirilmişdir.

Tədbirdən öncə  Ümummilli  Lider Heydər Əliyevin  əziz xatirəsi və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri məktəbin solfecio müəllimi Elnurə  Ələkbərova açaraq Ulu Öndərin  həyatından, xalqımızın və dövlətimizin qarşısında  duran çətinlikləri  aradan qaldırmaqla  Ölkəmizi qısa zamanda hüquqi, dünyəvi , demokratik dövlətə çevirdiyini qeyd etmişdir. Azərbaycanı dünyaya  tanıdılmasında mizilsiz  xidmətlərindən  söz etmişdir.  

 Tədbirdə  Gəncə Regional Mədəniyyət idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev və başqa qonaqlar iştirak etmişdir.  

Daha sonra məktəbin xanəndə ixtisası üzrə  4-cü sinif şagirdi Türkanə Tanrıverdiyeva “Qarabağ” mahnısını ifa etmiş, tar müəllimi Kamil Əhmədov  Ulu Öndərin ən çox sevdiyi “Küçələrə su səpmişəm” mahnısını ifa etmişdir.

Tədbirin sonunda məktəbin fəal şagirdlərinə  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlədə fəal iştirak etdikləri üçün fəxri fərman təqdim olunmuşdur.

 

98.5 KB

 

167.3 KB