11.05.2023
10.05.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə “Əsrin adamı” adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Millət vəkili Elman Məmmədov, Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbənin müdiri Lamiyə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə baş məsləhətçisi Ruslan Bəşirov, Xocalı rayon mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər. Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ölkəmizin üstündəki qara buludları götürdü, qısa zamanda dövlət quruculuğu prosesinə start verdi. Ölkədə sabitlik yaranmağa başladı. Bu uğurlu yolda Heydər Əliyevin xocalılara olan qayğısı Xocalı sakinlərinin yaralarına məlhəm olaraq onların ağrı-acısını səngitdi. Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar 24 fevral 1996-cı ildə Prezident sarayında Xocalı sakinlərinin bir qrupu ilə görüşən Azərbaycan Prezidenti Heydər Əliyev bütün xocalılara mənəvi dayaq oldu. Ulu öndər həmin görüşdə bildirmişdir ki, xocalılara bundan sonra daha çox qayğı göstərilməlidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
özü qədər inandığı, onun layiqli davamçısı İlham Əliyev ölkəmizin gücünü daha da artırdı və Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı yağı tapdağından təmizləyərək ərazi bütövlüyümüzü bərpa etdi. 44 gün davam edən haqq savaşımızda Xocalı qatilləri də məhv edildi. Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimizin təşəkkülü Heydər Əliyevin adı ilə sıx bağlıdır. Xocalı rayon sakinləri də bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman minnətdarlıq hisləri ilə xatırlayır, Ulu öndərimizin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edirlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə ilə bağlı xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər" parkında ucaldılmış dahi şəxsiyyətin abidəsi ziyarət edilərək önünə tər çiçəklər düzüldü, dahi şəxsiyyətə ehtiram bildirildi. Axşam saatlarında Xocalı rayon Mədəniyyət evinin, Xocalı şəhər 1, 2 və 3 nömrəli Uşaq Musiqi Məktəblərinin və Xocalı şəhər 3 və 5 nömrəli klublarının təşkilatçılığı konsert proqramı təşkil olundu. Sonda tədbir atəşfəşanlıqla yekunlaşdı.