Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqına, Vətəninə vurğun böyük azərbaycanlı-Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

11.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ -li kitabxana filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Xalqına, Vətəninə vurğun böyük azərbaycanlı-Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Tədbirdə Göygöl rayon 8 Mart ümumi orta məktəbinin müəllim, şagirdləri və valideynləri iştirak ediblər.

Tədbiri açıq elan edən kitabxana filialının müdiri Mirvari Cəfərova qeyd edib ki, hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, quruluşu və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev məhz belə bənzərsiz dahi tarixi şəxsiyyətdir.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, bələdçisi Sevinc Bədəlova, 16№-li kitabxana filialının böyük kitabxanaçısı Günel Əliyeva, Göygöl rayon 8 Mart ümumi orta məktəbinin müəllimi Gülnar Məmmədova çıxış edərək bildiriblər ki, Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılmasında Heydər Əliyevin misilsiz xidmətləri var. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının qüdrətli şəxsiyyətlərindən biridir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edilir.

Tədbirdə Göygöl rayon 8 Mart ümumi orta məktəbinin şagirdləri “Azərbaycan xalqının dahi lideri” mövzusunda bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirdə 16№ -li kitabxana filialının fondunda yerləşən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitablardan və şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Sonda şagirdlər Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir və rəsm müsabiqəsində fəal iştirakına görə fəxri fərmanla təltif olunublar.

 

535.5 KB