Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qadın şiddətinə “Yox” deyək.

29.11.2017

29. 11.2017 – ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında Beynılxalq Qadınlara qarşı zorakılığa Son Qoyulması Günü ilə əlaqədar “Qadın şiddətinə “Yox” deyək “ başlığı altında mövzu saatı keçirildi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva aparırdı. O, çıxışı zamanı qeyd etdi ki, son illər qadınlara qarşı ailədaxili, məişət zorakılığı bütün dünyada geniş yayılmış bir hadisədir və zorakılıq faktlarının sayı durmadan artır. Əfsuslar olsun ki, bu gün qadınlar həm də mənəvi, psixoloji, iqtisadi zorakılığa məruz qalırlar. Natella xanım qeyd etdi ki, zorakılıqların baş verməsində əsas səbəb zərərçəkənlərin öz hüquqlarını bilməməsi, baş verən hadisələrə laqeyd yanaşmasıdır.Vurğulandı ki, bu mövzu ilə əlaqədar bir çox qanunlar qəbul edilmişdir. 1979 –cu ildə BMT qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün konvensiya qəbul edib. Azərbaycan Respublikası 30 iyun 1995-ci ildə Konvensiyaya qoşulub, bu Konvensiyanın həyata keçirilməsi haqqında öz üzərinə öhdəliklər götürüb və bununla da bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib. 1998-ci ildə qadın hüquqlarının qorunması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2000-ci il iyun ayında Azərbaycan Respublikası “Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiyasının Fakultativ Protokolunu da imzalanmışdır. Bu Protokolun əsası ondan ibarətdir ki, hər bir şəxs “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” Komitəsinə fərdi şəkildə müraciət edə bilər. Tədbirin sonunda mövzu ilə əlaqədar vidioçarx nümayiş olundu.