Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Zamana sığmayan lider” başlığı altında ədəbi-bədii gecə keçirilib

10.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana  filialı Mehdi Mehdizadə adına 4 saylı məktəblə birlikdə  10.05.2023-ci il tarixində Azərbaycanın Ümummilli lideri, əbədiyaşar prezidenti Heydər Əliyevin anadan olmasının 100
illiyi  ilə əlaqədar “ Zamana sığmayan lider” başlığı altında ədəbi-bədii gecə  keçirdi.Tədbirdə Gəncə  şəhər 4 saylı tam orta məktəbin  müəllim və şagirdləri, AMEA-nın Gəncə bölməsinin elmi işçisi, prezident təqaüdçüsü, tədqiqatçı alim Elnur Həsən, 1 saylı kitabxananın kollektivi və fəal
oxucu qrupları iştirak edirdi. İlk öncə dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə 4 saylı məktəbin direktoru Əliağa Səfərəliyev açaraq tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin çoxşaxəli və zəngin fəaliyyəti ilə bağlı
 geniş  məlumat verdi. 1 saylı kitabxananın müdiri Məlikova Züleyxa ulu öndərin mənalı və şərəfli həyat yolundan, Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün sonsuz  məhəbbətindən və sədaqətindən danışdı. AMEA-nın elmi işçisi, prezident təqaüdçüsü, tədqiqatçı alim Elnur Həsən çıxışında  bildirdi ki, Heydər Əliyev Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. Heydər Əliyev  əvəzsiz bir şəxsiyyətdir, əbədi bir dünyadır!  Heydər Əliyev  qəlbi vətəni ilə döyünən bir Azərbaycanlıdır. Azərbaycan xalqının, Azərbaycan dövlətinin əvəzolunmaz dühasıdir. “İlin gənc müəllimi-2022” müsabiqəsinin qalibi, ARTİ-nun təlimçisi, 4 saylı məktəbin ingilis dili müəllimi Leyla Camalzadə ulu öndərin uzaqgörənliyi və İlham Əliyev kimi bir şəxsiyyət yetişdirdiyindən, Azərbaycan xalqını əmin əllərdə qoyub getdiyindən danışdı.Tədbirdə şagirdlərimiz ulu öndərlə bağlı şeirlər söylədilər, kompozisiyalar səsləndirdilər, rəqslər nümayiş etdirdilər. 4 saylı məktəbdə 1 saylı kitabxananın kollektivi Heydər Əliyevin həyatından, yaradıcılğından, onun haqqında yazılan  əsərlərdən ibarət ” Zamana sığmayan lider” adlı sərgi təşkil etmişdi. Sərgi haqqında  tədbir iştirakçılarına 1 saylı kitabxananın müdiri Züleyxa Məlikova geniş məlumat  verdi. Dahi şəxsiyyət, əvəzedilməz lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar silsilə tədbirlərimiz ilin sonunadək davam edəcək.

 

323.9 KB