10.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 10.05.2023-cü il tarixində M.Füzuli adına 22 nömrəli məktəblə birlikdə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Xalqa bəxş edilmiş ömür” başlığı altında ədəbi-bədii gecə keçirtdi. Tədbir ulu öndərin və Azərbaycanın
bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükut edilməsi ilə başladı. Şöbənin müdiri Ellada Rəhimova çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Tədbirdə iştirak edən məktəbin müəllimləri öz çıxışlarında qeyd etdilər ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Ədəbi- bədii gecədə şagirdlər ümummilli lider Heydər Əliyevin mənalı həyatı və dövlətimizə, xalqımıza göstərdiyi misilsiz xidmələrindən bəhs edən video-çarx izlədilər. Tədbirin bədii hissəsində şagirdlər ulu öndərə həsr olunmuş şeirlər söylədilər, musiqi nömrələri ilə çıxış etdilər və rəqs ifa etdilər. Tədbirin sonunda iştirakçılar ulu öndərə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.