10.05.2023
10.05.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar " Unudulmaz Lider" adlı tədbir keçirildi. İlk öncə Gəncə şəhərində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi abidə önünə gül dəstələri düzüldü.Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edildi.Sonra Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində Xocalı rayon Kosalar kənd Mədəni- Maarif müəssilərinin işçiləri Kosalar kənd İcra nümayəndəsi Şahid Rzayev Qəsəbədə fəaliyyət göstərən tam orta məktəblərin müəllim və şagird kollektivi keçirilən sil-silə tədbirdə iştirak etdilər, muzeyin direktoru Tofiq Məmmədov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar respublikamızda keçirilən tədbirlərdən danışdı Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüusi qeyd etdi, məruzə üçün söz muzeyin bələdçisi Xatirə İsamayəlovaya verildi, Ulu öndərin həyat yolu və fəaliyyəti geniş şəkildə tədbir iştirakçılarına çatdırıldı. Xocalı rayon Kosalar kənd İcra nümayəndəsi Şahid Rzayev çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərliyindən xalqımızın qarşısında müstəsna xidmətlərindən danışdı onun uzaq görən və müdrik siyasətini layiqincə davam etdirən möhtərəm prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətindən danışdı. Son 30 ildə düşmən tapdağında olan torpaqlarımızın azad edilməsini xüsusi qeyd etdi daha sonra Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov çıxış edərək Ulu Öndərə Allahdan rəhmət dilədi Ulu Öndərin siyasi xətdini uğurla davam etdirən möhtərəm prezidentimizİlham Əliyevə can sağlığı arzuladı.