Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev irsinini öyrənirik” adlı tədbir keçirilib

10.05.2023

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinini öyrənirik” adlı tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər evinin direktoru Amil Qurbanov və 200-dən artıq gəncin iştirak etdiyi tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başlayıb. Ulu Öndərin abidəsi önünə gül dəstələri düzən tədbir iştirakçıları dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edən tədbir iştirakçılarına Heydər Əliyev irsi barədə ətraflı məlumat verilib. Muzeyin zəngin ekspozisiyası ilə tanışlıq zamanı iştirakçılara Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışılıb.

Tədbir iştirakçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçiriblər.

Sərgidə Ulu Öndər Heydər Əliyevin sovet və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə ədəbiyyat, rəssamlıq, xalçaçılıq, bəstəkarlıq, heykəltəraşlıq, teatr, kino və sair mədəniyyət sahələrinə olan diqqət və qayğısını əks etdirən fotoşəkillər nümayiş olunur.

Sonda xatirə şəkli çəkdirilib.

 

112.6 KB