Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əbədiyaşar Lider” adlı tədbir keçirilib.

10.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon mədəniyyət mərkəzinin Səfikürd Kənd Sənətkarlıq Evində Qarqucaq, Məşədiqaralar kənd Mədəniyyət Evləri və Veyisli kənd Sənətkarlıq Klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Əbədiyaşar Lider" adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Mədəniyyət işçiləri, Vətən müharibəsinin Şəhid ailəsi, İctimaiyyət nümayəndələri, Səfikürd Kənd İcra Nümayəndəliyinin əməkdaşları, bir qrup kənd sakinləri və şagirdlər iştrak etmişdir.

Tədbiri giriş sözü ilə açan Səfikürd kənd Sənətkarlıq

Evinin direktoru Telli Behbudova tədbir iştrakçılarını salamlayaraq keçirilən tədbir haqqında geniş məlumat vermişdir.

Tədbirdə çıxış edən Məşədiqaralar kənd Sənətkarlıq Evinin direktoru Rəsmiyyə Paşayeva, Qarqucaq kənd Mədəniyyət Evinin direktoru Əsibə Əmrahova və Veyisli kənd Sənətkarlıq Klubunun direktoru Sadiqə Bayramova Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyü, ölkəmizin bu günü, gələcəyi üçün zəngin irs qoyduğu vurğulanıb.

Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin ən yüksək zirvələri fəth edərək, qızıl hərflərdən ibarət tarix yazdığı və Ulu Öndərin ideyalarının əbədi olaraq yaşadığı qeyd edilib.

Bədii hissədə məktəblilərin ifasında şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub.

 

135 KB