10.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 08.05.2023-ci il tarixində faşizm üzərində qələbənin 78 –ci ildönümü münasibətilə K.D. Uşiniski adına 29 nömrəli məktəbdə “Qürur və iftixar tariximiz” adlı söhbət təşkil etdi. Əvvəlcə şöbənin baş kitabxanaçısı Kifayət Sadıqova şagirdlərə məlumat verərək bildirdi ki, XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Azərbaycan faşizm üzərində tarixi qələbəyə sanballı töhfələr verib. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar. Daha sonra məktəbin təşkilat rəhbəri Vüsalə Məmmədova çıxış edərək bildirdiki, Faşizmə qarşı müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərərək adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. Tədbirdə iştirak edən şagirdlər qərəmanlığa,qələbəyə və vətənpərliyə aid şeirlər söylədilər. Sonda tədbir iştirakçıları əsgərlərin Böyük Vətən Müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlara həsr olunmuş video-çarxa tamaşa etdilər.