08.05.2023
5 may 2023-cü il tarixində İsrafil Məmmədovun anım günü münasibəyi ilə "Qəhrəmanlar bizim fəxrimizdir" başlığı adı altında tədbir keçirildi.Tədbir qəhrəmanın məzarını ziyarəti ilə başlandı. Qəhrəmanın yaxın qohumları, muzeyin əməkdaşları,İsrafil Məmmədovun adını daşıyan 27 saylı orta məktəbin müəllim və şagirdləri qəhrəmanın məzarı üzərinə gül dəstələri düzərək əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Şagirdlər məzarı önündə vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.Tədbir daha sonra İsrafil Məmmədov muzeyində davam etdi. Sonda Tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.