Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Böyük şəxsiyyətin Vətən sevgisi” adl tədbir təşkil edilib

08.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 07.05.2023-cü il tarixində Gəncə şəhər Şah İsmayıl Xətayi adına 13 saylı tam orta məktəbin müəllim kollektivi ilə birlikdə Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Böyük şəxsiyyətin Vətən sevgisi” adl tədbir təşkil etdi. Tədbirdə Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin və
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva çıxışında artıq 20 ildir ki, cismən aramızda olmayan, ruhu isə daim memarı olduğu müstəqil Azərbaycanın, azadlığın həqiqi dadını bəxş elədiyi xalqımızın başı üzərində olan Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevdən danışdı. Gəncə şəhər Şah İsmayıl Xətayi adına 13 saylı tam orta məktəbin tarix müəllimi Vəfa Hacıyeva, Azərbaycan dili ədəbiyyat müəllimi Mərquşə İbrahimova, psixoloq Qətibə Mustafayeva, UTBR-Qənifə Nağıyeva, Gəncə şəhər yazıçılar birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə, şagirdlərdən Ayan Həsənova, Rövşanə Qəribova, Gülcan Vlasova, Fatimə Əliyeva, Nihad Abbasəliyev, Nəzrin Məhəmmədli, Aysel İsmayılova, Aytac Əliyeva, Xatirə İsmayılova, Fatimə Vəliyeva, Nuray Məmmədova Dünya siyasətinin nəhəngi və nadir bir şəxsiyyət olan Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev haqqında maraqlı təqdimatlarla , şeirlərlə çıxışlar etdilər. Tədbirdə “Sən elə bir zirvəsən” və “Böyük şəxsiyyətin Vətən sevgisi” adlı videoçarxlar nümayiş edildi.

 

1.1 MB