Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib

08.05.2023

06.05.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə GRMİ Tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirildi. Tədbirdə məktəbin kollektivi və şəhər ziyalıları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bayram Apoyev , Mir Cəlal Paşayevin ev muzeyinin direktoru İradə Paşayeva iştirak edirdi. Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsin bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aynur Şixiyeva Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığından, hakimiyyətdə olduğu dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamasından bəhs etmişdir.

Tədbirin bədii hissəsində ilk olaraq görkəmli ovtamoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Müqəddəslər yaşayırlar” əsəri məktəbin xor kollektivi tərəfindən ifa olundu. Daha sonra Ulu Öndərin Azərbaycan bəstəkarları ilə görüntüləri tamaşaçılara təqdim olunmuş və Fikrət Əmirov, Vasif Adıgözəlov, Arif Məlikov və digər bəstəkarların əsərləri məktəbin fortepiano sinfinin şagirdləri Əliyeva Nurgül, Babayeva Nərmin və skripka sinfinin müəllimi İbrahimov Şahmar 06.05.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə GRMİ Tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirildi. Tədbirdə məktəbin kollektivi və şəhər ziyalıları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bayram Apoyev , Mir Cəlal Paşayevin ev muzeyinin direktoru İradə Paşayeva iştirak edirdi. Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsin bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aynur Şixiyeva Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığından, hakimiyyətdə olduğu dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamasından bəhs etmişdir.

Tədbirin bədii hissəsində ilk olaraq görkəmli ovtamoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Müqəddəslər yaşayırlar” əsəri məktəbin xor kollektivi tərəfindən ifa olundu. Daha sonra Ulu Öndərin Azərbaycan bəstəkarları ilə görüntüləri tamaşaçılara təqdim olunmuş və Fikrət Əmirov, Vasif Adıgözəlov, Arif Məlikov və digər bəstəkarların əsərləri məktəbin fortepiano sinfinin şagirdləri və skripka sinfinin müəllimi tərəfindən ifa olunmuşdur. Tədbirin sonunda məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə vətənpərvər musiqilər səsləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan müsabiqədə uğur qazanan şagirdlərə fəxri-fərmanlar təqdim olunmuşdur. tərəfindən ifa olunmuşdur. Tədbirin sonunda məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə vətənpərvər musiqilər səsləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan müsabiqədə uğur qazanan şagirdlərə fəxri-fərmanlar təqdim olunmuşdur.

 

77.4 KB