Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müstəqilliyimizi  xilas etmiş və əbədiləşdirmiş lider ” adlı  tədbir keçirilib

08.05.2023

5 may  2023-cü il  Heydər Əliyev ili çərcivəsində silsilə tədbirlərin davamı olaraq  Mir Cəlal  Paşayev Ev muzeyi və Mirzə Şəfi Vazeh adına 16 nömrəli məktəbin 8-ci sinif şagirdləri ilə birgə "Müstəqilliyimizi  xilas etmiş və əbədiləşdirmiş lider " adlı  tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin məsləhətçisi Aləmzər Əlizadə, Əməkdar mədəniyyət işcisi Bəxtiyar Muradov,  16 nömrəli orta məktəbin 8-ci sinif şagirdləri və muzeyin  kollektivi iştirak edirdi.

Tədbirdə vətən uğrunda canından , qanından keçən oğul və qızlarımızın müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Muzeyin elmi işçisi Bağırova Səadət Ümummilli liderin həyat və yaradıcılığından geniş məlumat verdi.Aləmzər Əlizadənin Ulu Öndərlə bağlı xatirələri tədbir iştirakçılarında xoş təəsürat yaratdı. Şagirdlərin Heydər Əliyev haqqında şeirləri , rəqsləri tədbirə rəng qatdı. Sonda muzeyin direktoru İradə İbayeva tədbirdə fəal iştirakına görə məktəbin müəllimi Nərgiz Allahverdiyevaya və  şagirdlərə kitab hədiyyə etdi.

 

103.2 KB