Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətənin varlığını yaşadan həqiqətlər ”

17.08.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 17 avqust 2018-ci il tarixdə Azərbaycan Sərhəd Qoşunlarınnı yaranması günü münasibətilə “Vətənin varlığını yaşadan həqiqətlər ” mövzusunda söhbət-sərgi keçirildi. Tədbirdə “N” saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak edirdi. Tədbiri açıq elan edən 16 saylı filialın müdiri Lyudmila Axundova qeyd etdi ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaranması, formalaşması və yüksəlməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə edilmiş nailiyyətlərin əsasını Heydər Əliyevin XX əsrin 60-cı illərindən başlayan ardıcıl fəaliyyəti təşkil edir.

Sonra “N” saylı hərbi hissənin komandiri mayor Natiq Qafarov çıxış edərək bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etməyə hər an hazırdır. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfindədir.

Sonda tədbir iştirakçıları “Vətən sənin əsgərinəm” mövzusunda təşkil olunmuş sərgilə yaxından tanış oldular.