Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı ədəbi-bədii təbir keçirilib

06.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon mədəniyyət mərkəzinin Qazanbulaq Mədəniyyət Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı ədəbi-bədii təbir keçirildi.

Tədbirdə Qazanbulaq Qəsəbə İcra Nümayəndəliyi, Vətən müharibəsi Qaziləri, ictimaiyyət nümayəndələri, Muzdurlar kənd Sənətkarlıq Evi, Borsunlu Medeniyyet Evi,Qırıxlı, Həmənli, Gülməmmədli, Kələk, Qazançı, Qarasuçu, Nadirkənd, Şıxlar kənd Klublarının nümayəndələri, Muzdurlar kənd Kitabxana Filialının əməkdaşları, məktəblilər və digər qonaqlar iştirak edirdi.

Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Qazanbulaq Qəsəbə Mədəniyyət Evinin direktoru Səlfinaz Səfərova Heydər Əliyevin ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı.

Ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirildiyini, müasir Azərbaycan dövlətinin qurulduğunu və xalqımızın müstəqillik arzusuna çatdığını bildirdi.

Daha sonra çıxış edən Qazanbulaq Qəsəbə Mədəniyyət Evinin metodisti Mahirə Ərcüməndi Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı üçün gördüyü müstəsna xidmətlər, elm və təhsilin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və gənc nəslin yetişməsinə verdiyi töhfələrdən bəhs etdi.

Tədbir məktəblilərin hazırladıqları ümummilli liderə həsr edilmiş mahnılar və şeirlərlə eyni zamanda kompazisyalarla davam etdirildi.

 

208.3 KB