Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan alverinə qarşı  səssiz qalma” başlığı altında tədbir keçirilib

06.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 06.05.2023-cü il tarixində İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə aid "İnsan alverinə qarşı  səssiz qalma" başlığı altında tədbir keçirdi.  İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Kitabxana filialının böyük kitabxanaçısı  Lalə Kərimzadə tədbiri açaraq bildirdi ki ,insan alveri bütün dünyanı narahat edən ən aktual məsələdir.

 Tədbirdə çıxış edən 6 saylı məktəbin müəllimləri Aygün  Mirzəliyeva  və Şəlalə Xəlilova Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konversiya imzalanması haqqında ətraflı maarifləndirmə xarakterli məlumatlar verdilər. Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" 16 may 2005-ci il tarixli Varşava Konversiyasından, 11 may 2010-cu ildə Azərbaycanın bu konversiyaya qoşulmasından, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul edilməsindən, eyni zamanda xüsusi polis qurumu yaradılmasından da danışdılar.

Kitabxananın müdiri Məlikova Züleyxa çıxışında bildirdi ki, insan alverinin qurbanları arasında qadınlar, uşaqlar daha çox üstünlük təşkil edirlər. İnsan alveri insan hüquqlarını, ləyaqət və toxunulmazlığını pozur, bu cinayətin qurbanlarını köləyə çevirir.

Tədbirdə insan alveri qurbanları üçün Gəncə şəhərində sığnacaq fəaliyyət göstərildiyi qeyd edildi .

 

95.7 KB