Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əbədi yaşar lider” adlı kitab sərgisi təşkil olunub

06.05.2023

Gəncə şəhər Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 3 saylı kitabxana filialında 05.05.2023-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Əbədi yaşar lider" adlı sərgi təşkil olunudu.Sərgidə "Heydər Əliyev və mədəniyyət", "Heydər Əliyev Müstəqillik yollarında", "Heydər Əliyev və Naxçıvan Muxtar respublikası" ,"Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları", "Şərqin sabahı", "Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıdır, "Bir oğul göstərin Heydərə bənzər", "Azərbaycan tarixinin parlaq səhifələri", "Böyük turanın himni", "Azərbaycan bütün Azərbaycanlıların vətənidir" və bir çox kitablar nümayiş etdirildi.Kitabxanaçı Günel Kərimova iştirakçılara sərginin təşkil olunması haqqında məlumat verdi.Tədbirdə kitabxananın fəal oxucuları, Mədəniyyət Mərkəzinin tələbələri,ərazi sakinləri iştirak etdi.

 

274.6 KB