06.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər uşaq musiqi məktəbində DQİDK-Gəncə bölgəsi üzrə şöbəsi, Naftalan şəhər İcra Hakimiyyəti , o cümlədən Naftalan şəhər uşaq musiqi məktəbinin birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin doğulmasının 100-cü ildönümü münasibətilə "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir.Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Naftalan şəhər İH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva, uşaq musiqi məktəbinin direktoru Almaz Əliyeva və müəllim kollektivi iştirak ediblər.Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub.
Tədbir iştirakçıları tərəfindən öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlərindən danışılıb. Ulu Öndər Heydər Əliyevin bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durduğu diqqətə çatdırılıb. Milli-mənəvi, dini dəyərlərimizə qayıdış və dəyərlərin təbliğində Ümummilli Lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi önəmdən bəhs edilib.Həmçinin DQİDK-i tərəfindən çəkilmiş "Heydər Əliyev və milli mənəvi dəyərləimiz" adlı qısametrajlı film tədbir iştirakçılarına nümayiş olunub.