Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan Qəhrəmanları ”adlı tədbir keçirilib

05.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində 9 May Qələbə Gününün 78-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi və Şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə 05 may 2023-cü il tarixdə “Azərbaycan Qəhrəmanları ”adlı tədbir keçirdi. Tədbirin əvvəlində müharibə zamanı həlak olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açaraq tədbir barədə iştirakçılara məlumat verdi. Şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova müharibənin gedişatında Azərbaycanlıların və Azərbaycan neftinin böyük rolundan danışdı. Heydər Əliyev Mərkəzinin muzey baxıcısı Yaqut Quliyeva Böyük Vətən müharibəsi veteranı babası Zülfiqar Quliyevin keçdiyi döyüş yolundan söhbət açdı. Tarix-Diyarşünaslıq muzeyinin şöbə müdiri Həyat İsmayılova mövzu ətrafında çıxış etdi. Tədbir videoçarx izləməkə başa çatdı.

 

2.5 MB