Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq kitablarının sərgisi

11.08.2018

MKS-nin Hacıkənd qəsəbəsində yerləşən 17saylı kitabxana filialında təşkil olunmuş “Yay məktəbi”nin növbəti tədbir 11avqust 2018-ci ildə baş tutdu.Yay mətəbinin proqramına uyğun olaraq mütaliə saatı keçirilmişdir. Mütaliə saatı Hacıkənd qəsəbəsinndəki Nizami parkında keçirilmişdir. Filialın kitabxanaçısı Zenfira Əsgərova dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında yay məktəbinin iştirakçılarına qısa məlumat verərək Nizami Gəncəvinin poemalarından hazırlanmış uşaqlar üçün kitablar paylamış və uşaqlar mütaliə etdikdən sonra Zenfira xanımın suallarını cavablandırmışdılar.