Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şanlı ömrün əfsanəsi” başlığı altında anım günü keçirilib

05.05.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 04.05.2023-cü il tarixində Gəncə şəhər 37№ - li tam orta məktəbdə II Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun kiçik çavuşu olan Qəzənfər Abdullayevin 30 illiyi ilə əlaqədar olaraq “Şanlı ömrün əfsanəsi” başlığı altında anım günü keçirtdi. Tədbir vətən müharibəsində şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükut edilməsi ilə başladı. Uşaq kitabxanası oxu zalının müdiri Əfsanə Bağırova tədbiri açıq elan edərək bildirdi ki, 2020-ci il sentyabrın 27 də başlanan vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları birləşərək 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdilər. Bütün dünyaya bəyan etdilər ki, Azərbaycan oğulları işğalla heç bir zaman barışmayacaq və onu qorumağa qadirdilər. Belə igid və qəhrəman oğullardan biridə Qəzənfər Abdullayevdir. Anım günündə şəhidin həyatı və döyüş yolu haqqında ətraflı məlumat verildi və qeyd olundu ki, o, ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Tədbirdə iştirak edən Uşaq kitabxanasının şöbə müdiri Ellada Rəhimova, məktəbin tarix müəlliməsi Məmişova Əfsanə, məktəbin kitabxana müdiri Əminəxanım Yusifova və kitabxanaçı Ağayeva Səidə çıxış edərək müharibənin başlanması, gedişatı və nəticələrindən ətraflı bəhs etdilər. Vurğulandı ki, ordumuz cəbhədə qazandıqları nailiyyətlərlə, düşmənin silahlı qüvvələrinə endirdikləri sarsıdıcı zərbələrlə, azad etdikləri ərazilərlə bütün dünyaya Azərbaycanın qüdrətini və gücünü bir daha nümayiş etdirmişdir. Anim günündə şagirdlər, vətənə, torpağa və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.

 

3.2 MB