Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Təsviri sənətdə Heydər Əliyev obrazı” adlı sərgi keçirilib

03.05.2023

03.05.2023-cü il tarixdə Məhsəti Gəncəvi Mərkəzində Gəncə Dövlət Rəsm Qalereyası və Diyarşünaslıq evi birlikdə 2023-cü ilin" Heydər Əliyev ili" elan edilməsi ilə bağlı sərgi keçirilib. Sərgidə Azərbaycan Texnologiya Universitetini müəllim və tələbə heyəti iştirak edib. Gəncə Dövlət Rəsm Qalereyasının bələdçisi Sevinc Məhərrəmova Heydər Əliyevin 100-cü ildönümünə həsr edilmiş rəsm əsərləri ilə tədbir iştirakçılarını tanış edib və Heydər Əliyev haqqında fikirlərini bildirib. Ümummilli lider Heydər Əliyevin dövlətimizə, xalqımıza verdiyi dəyəri Diyarşünaslıq evinin metodisti Leyla Əliyeva öz çıxışında bildirib.

 

111.5 KB