03.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon mədəniyyət mərkəzinin Şəfəq kənd Mədəniyyət Evində Zeyvə Kənd Folklor Evi və Qaraçinar kənd Mədəniyyət Evlərinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Tarixlərdə yaşayan lider" adlı tədbir keçirlib.
Keçirilən tədbirdə Zeyvə,Qaraçinar,Şəfəq kənd icra nümayəndələri, Şəhid ailələri, Qazilər, Ziyalılar, rayon ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri,müəllimlər və bir qrup kənd sakinləri iştrak etmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən video çarx nümaiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından danışıb.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib.
Çıxış edən cəmiyyət sədri, ictimaiyyıtçi Orxan Əliyev vurğulayıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi Goranboy rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider Goranboyu “Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyar” adlandırırdı.
Hazırda Goranboy rayonuna və Goranboylulara bu diqqət və qayğı onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Çıxış edən cəmiyyət sədri, ikinci qrup əlil Namiq Memmedov bildirib ki, ölkəmizdə əldə edilən bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri dayanır. Ümummilli Liderin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, elm təhsil və mədəniyyət sahəsində də böyük uğurlar əldə edilib.
Ulu Öndər hələ respublikaya rəhbərliyinin birinci dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət yetirir, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet hesab edirdi.
Çıxış edən Şəfəq kənd tam orta məktəbinin direktoru Kamran Məmmədov bildirmişdir. Məhz Dahi Liderin böyük xidmətləri sayəsində respublikada ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırılıb, tələbə qəbulunda şəffaflıq, ədalətlilik təmin olunub.
Ulu Öndərin şəxsi nüfuzu və əlaqələri hesabına yüzlərlə azərbaycanlı gənc müvafiq ixtisaslara yiyələnməsi üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilib.
Azərbaycanlı gənclərin hərbi peşəyə yiyələnməsi, eyni zamanda, gələcəkdə müstəqil Azərbaycan Ordusunun milli ruhlu, vətənpərvər zabit korpusu ilə təmin edilməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə - 1993-2003-cü illərdə də bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.
Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı göstərib. Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu, Azərbaycanın əldə etdiyi nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun dayandığı bildirilib. Vurğulanıb ki, Ulu Öndərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir məktəblilərin və mədəniyyət işçilərinin hazırladıqları musiqi və kompozisyalarla davam etdirilmişdir.