03.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Xidmət şöbəsi və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin birgə təşkilatçılığı ilə yazıçı,nasir, publisist Qərib Mehdinin “Xatırla ki, yaşayım” kitabının müzakirəsi keçirildi. İlk öncə Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Xidmət şöbəsinin müdiri Aidə Abdullayeva yazıçı Qərib Mehdinin yeni nəşr olunmuş
kitabı haqqında tədbir iştirakçılarına məlumat verdi. Daha sonra söz tədbi iştirakçılarına-kitabla yaxından tanış olan oxuculara, yazıçının
qələm dostlarına verildi. İlk olaraq çıxış edən yazıçı, ictimai xadim Nüşabə Əsəd Məmmədli Qərib Mehdi ilə ilk tanışlıqlarından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi töhfələrdən, kitaın sadə və gözəl üslibda yazılaraq oxunaqlı olmasından danışdı. GDU-nin müəllimi Balabəy Qədirov öz çıxışında Qərib mehdinin kitabda yazmış olduğu dəyərli sözlərdən, yazıçının sevərək yazan yazıçılardan bir olduğunu vurğuladı. “Gəncənin səsi” qəzetinin baş redaktoru, yazıçı Rəfiqə Sadıqova çıxışında bildirdi ki, kitabda dəyərli insanlar haqqında fikirlər söylənilmiş, Sabir müəllim haqqında yazılan fikirlərinə qoşularaq Sabir müəllimin məktəbinin daim yaşadılmasını qeyd etdi. Və kitabda digər jurnalistlər, yazıçılar haqqında maraqlı fikirlər dilə gətirdi. MKS-nin direktor əvəzi Gülünaz İsgəndərova öz çıxışında Qərib Mehdi ilə ilk keçidiyi tədbirdən, o zamandan Qərib Mehdi yazılarına olan marağından, oxucuların marağına səbəb olan bəzən yumoristik,bəzən fəlsəfi kitablarından danışdı. AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova-İlham Ədbəbi Birliyinin rəhbəri Qərib Mehdinin yeni gələn bir çox şair və yazıçılara köməyindən, Azərbaycan ədəbiyyatındakı dəyərli xidmətlərindən danışaraq, məhz onu özünün ustadı adlandırdı. Kitabın Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetinin müxbiri, Azərbaycan Yazılıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, Prezident mükafatçısı, yazıçı-jurnalist Ümbülbanu Hacıyeva,şairə Aləmzər Əlizadə, şair Eltun Türkel, Gəncə “Maarif Evi” İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev, GDU- nun dossenti,alim-şair Bayram Apoyev, jurnalist Firəngiz İdrisqızı,şair Zahir Şirani, şair İmam Cəmilli, araşdırmaçı jurnalist İlqar Müzəffəroğlu, şair Tahir Həsənli Qərib Mehdi məktəbinin tələbələri olduqlarını, onun söz boxcasından bəhrələndiklərini,Qərib Mehdi şəxsiyyətinə olan hörmət və sevgidən ağız dolusu danışaraq yazara yeni yaradıcılıq uğurları dilədilər.