Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oblate

14.08.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı mütəmadi olaraq fiziki qüsurlu insanlara kitabxana xidməti göstərir.

MKS-nin 11 saylı kitabxana filialının böyük kitabxanaçısı Gülnar Hüseynova Şahin Məmmədovun evində oldu. Oxucunun istəyinə uyğun olaraq, Çingiz Abdullayevin “Mavi mələklər”, “Payız Madriqalı”, “İngilis bulvarı”, Əlisəfa Azayevin “Qatarda hadisə” və Müşfiq Xanın “Ünvansız sevgi” kitabları aparıldı. Daha sonra kitabxanaçı Şahin Məmmədov üçün dünyaca məşhur Azərbaycan dedektiv yazıçısı Çingiz Abdullayevin “Payız madriqlı” və “İngilis bulvarı” kitablarını xülasə etdi. Daha sonra bu kitablar müəyyən bir müddətlik istifadə üçün oxucuya təqdim edildi.

Məmmədovlar ailəsi bu xidmətdən razı qalaraq öz minnətdarlıqlarını bildirdilər və belə ziyarələrin tez-tez təşkil olunmasını xahiş etdilər.