03.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər kitabxana filialı 02 may 2023-cü il tarixdə YAP Goranboy Rayon Təşkilatında Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Siyasət Sahəsinin Lideri” adlı dəyirmi masa keçirdi . Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən ,sonra dəyirmi masanı giriş sözü ilə Şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova açaraq, tədbir barədə iştirakçılara məlumat verdi. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında Şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova danışdı. Sonda YAP Goranboy Rayon Təşkilatının sədr müavini Cavid Mustafayev Yeni Azərbaycan Partiyasının yaramasında, Azərbaycan Respublikasının və xalqının müstəqil dövlət kimi formalaşmasında Ulu Öndər Heydər Əliyevin fəaliyətindən söhbət açdı.