Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev Müstəqil Azərbaycanın Memarıdır” adlı elmi praktik konfrans keçirilib

03.05.2023

02.05.2023-cü il tarixində Gəncə şəhər Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev ili” ilə əlaqədar “ Heydər Əliyev Müstəqil Azərbaycanın Memarıdır” adlı elmi praktik konfrans keçirilmişdir. İlk olaraq Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pərvin Nəzərəliyeva çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xalqı və milləti qarşısında xidmətləri misilsizdir. O, millətinin, dövlətinin ali mənafeyini daim təməl və prinsip kimi qəbul etmiş, öz iradəsinə, uzaqgörən siyasətinə, xalqının qüdrətinə inanaraq Müstəqil Azərbaycan Dövləti adlı səltənətin qurucusu və memarı kimi adını tarixə yazmışdır. Tədbirdə Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçiləri Zəminə Abdullayeva və Fidan Böyükbablı “ Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev və Azərbaycan Gəncliyi”, bələdçisi Mələk Qurbanova “ Tarix yazan şəxsiyyət “ Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri İlknur İsgəndərli və kiçik elmi işçisi Dursun Əliyeva “ Heydər Əliyev və Gəncə” adlı elmi məruzələr ilə çıxış etdilər. Məktəblilərdən 6-cı sinif şagirdi Hüseynov Elxan“Bir Ulu sərkərdə, bir Ulu Öndər”, 8-ci sinif şagirdi Qasımova Xavər isə "Heydər Əliyev" adlı şeirləri tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Tədbirin bədii hissəsində Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimləri Xəyal Əliyev, Amin Bayramov,tarzən Tural Əliyev, kamança ifaçısıİlahə Mirzəyevanın ifasında “Türkün bayrağı”, “Dağlarda duman gözəldir mahnıları səsləndi. Məktəbin xanəndəlik sinifində təhsil alan şagirdləri Ülvi Alməmmədli, Cəlal Şəfizadə,Tuncay Həsənovun ifalarında "Azərbaycanım" və "Qarabağ" mahnıları tədbir iştirakçıları tərəfindən alqışlandı.

 

72.1 KB