03.05.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 03.05.2023-cü il tarixində 10 may
Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Tarixdə əbədi iz qoyan Heydər Əliyev” başlıqlı kitab
xülasəsi keçirtdi. Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən MKS-nin 9 saylı filialının müdiri Səkinə Hacıyeva Ümummilli liderin yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu haqqında məlumat verdi. “Günəşə qovuşmaq istəyirəm mən”, ”Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları-Müqəddəs amal”, “Ziyarətə çevrilmiş ünvanlar”, “Bir ömrün imzası”, “Heydər Əliyev-müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev və Mədəniyyət” III cilddə kitablarının xülasəsini edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafında həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu qeyd etdi. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.