Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tariximizə düşən zəfər qəhrəmanları”mövzusunda tədbir keçirilib

02.05.2023

01.05.2023-cü il tarixində İsrafil Məmmədov ev muzeyində "Tariximizə düşən zəfər qəhrəmanları"mövzusunda tədbir keçiridi. Tədbirdə İsrafil Məmmədovun adını daşıyan 27 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinı bir dəqiqəlik sükutla yad etdilər.  Muzeyin bələdçisi Aynur Babayeva tədbir iştirakçıları qəhrəmanlıq nümunəsi olan İsrafil Məmmədovun həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla  və muzeydə qorunub saxlanılan şəhidlərin şəxsi əşyaları ilə tanış etdi. Muzeyin elmi işçisi Aidə Cəfərova "Qəhrəmanlıq nümunələrinin təbliği"mövzusunda, muzeyin baş fond mühafizi Əfsanə Yusifova "Böyuk Vətən müharibəsi qəhrəmanları "mövzusunda çıxış etdilər.  Məktəbin şagirdləri şəhidlər haqqında şeirlər səsləndirdilər.Sonda məktəbin müəllim və şagirdləri xatirə şəkilləri çəkdirdilər.

 

111.2 KB