Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zərifə xanım Əliyevanın həyat yolu” adlı dəyirmi masa keçirilib.

30.04.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon mədəniyyət mərkəzinin Borsunlu kənd Mədəniyyət Evində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 cü ildönümünə həsr edilmiş

"Zərifə xanım Əliyevanın həyat yolu” adlı dəyirmi masa keçirilib.

Keçirilən tədbirdə Qazanbulaq Mədəniyyət Evi,Qazançı, Həmənli, Gülməmmədli, Nadirkənd, Şıxlar, Kələk, Qırıxlı və Qarasuçu kənd Klublarının nümayəndələri və Borsunlu kənd Tibb Məntəqəsinin həkim kollektivi iştirak edib.

İlk öncə akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın Azərbaycanın tibb elminin inkişafında misilsiz xidmətləri olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım Əliyeva güclü həyat yoldaşı kimi ümummilli lider Heydər Əliyevə həmişə böyük dəstək olub. Zərifə xanım Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır.

Vurğulanıb ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin anasıdır. Əlavə olunub ki, Ulu Öndər dövlət işində, Zərifə xanım Əliyeva isə elm və səhiyyə sahəsində böyük uğurlara imza ataraq məktəb yaradıblar.

 

130.3 KB