30.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında 29.04.2023-cü il tarixində 2023-cü ilin Heydər Əliyev ili elan olunması ilə əlaqədar “Ulu öndər” başlığı altında sərgi keçirildi. Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq, müstəsna
xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında geniş məlumat verdi. Gülnar Hüseynova bildirdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Sonra isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi nümayiş olundu. Tədbirdə Azərbaycan Texnologiya Universitetinin tələbə və müəllim kollektivi, həmçinin, kitabxananın fəal oxucuları iştirak etdi.