30.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Şəfəq Kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Zərifə Əliyevanın 100 illik yubleyinə həsr olunmuş "Mənalı ömür yolu" adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə mədəniyyət işçiləri və tibb müəsissəsinin nümayəndəsi iştrak etmişdir. İlk öncə Akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahirə İmanova qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşadan, möhkəmlədən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni ziyalı nəsillər üçün örnək olduğunu bildirib, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul edildiyini, onun göz xəstəliklərinə aid təliminə yiyələnən yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi
ideyalarını ayrı-ayrı ölkələrə yayıldığını diqqətə çatdırıb və Zərifə xanım Əliyeva haqqında xoş
xatirələr bölüşüb.
Tədbirdə çıxış edən Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirməsi, onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmədiyi haqqında danışıb.