30.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 28.04.2023-cü il tarixində Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Zərifə Əliyeva ömrünün işığı” adlı xatirə günü təşkil etdi. Tədbirdə oftalmoloq, akademik Zərifə xanım Əliyevanın və Azərbaycan dövlətinin müstəqilliyi , suverenliyi, torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər haqqında məlumat verdi və “Bir ömrün imzası- Zərifə Əliyeva” adlı kitabı iştirakçılara təqdim etdi. Kəlbəcər rayon 109 saylı tam orta məktəbin direktor müavini Şikar Baxışov ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanımın ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad–san qazanmasından , məsul vəzifələrdə çalışan Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmasından, onunla çiyin-çiyinə addımlayaraq onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olduğundan danışdı. Tədbirdə Kəlbəcər rayon 109 saylı tam orta məktəbin VII-VIII sinif şagirdləri Zərifə xanımın davranışını, səmimiyyətini, qayğıkeşliyini tərrənüm edən təqdimatlar və şeirlərlə çıxışlar etdilər. Gözlərə nur bəxş edən alim - Zərifə xanım Əliyevanı hörətlə anırıq!