06.08.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şbəsində 06.08.2018 –ci il tarixdə Nizami Gəncəvinin “Qarı ilə Sultan Səncərin hekayəti” başlığı altında müzakirə keçirildi.Tədbirdə kitabxananın fəal oxucuları iştirak etdi.
Tədbirin əvvəlində şöbənin kitabxanaçısı Kifayət Sadıqova şair haqqında usaqlara geniş məlumat verdi. Bildirdi ki Nizami Gəncəvi dünya ədəbiyyatının nadir ədəbi simalarından biridir. Şairin bütün əsərləri dünyada tanınır və Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar.
Daha sonra Kifayət xanım Sirlər xəzinəsində bəhs olunan “Qarı ilə Sultan Səncərin hekayəti” haqqında məlumat verdi. Əsərdə qariya edilən zülmün onun başına gələn hadisələrin keçmiş dövürdə edilən haqsızlıqların Şaha söyləməsi ondan komək isdəməsinin ancaq Şahın qariya heç bir kömək etməməsi uşaqlarla müzakirə edildi. Uşaqlar əsərə öz fikirlərini bildirdilər və əsərdə olan haqsızliqların yanlış olduğunu dedilər.