27.04.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Uşaq İncəsənət Məktəbinin filialında 26.04.2023 tarixində "Aprel döyüşlərinə"həsr olunmuş tədbir keçirilib. Tədbirdə qonaq qismində şəhid anaları ( Hacı Raufun anası-Brilyant xanım, Səxavətin anası-Xatirə xanım,Nihadın anası-Vüsalə xanım,Bəhruzun anası-Lalə xanım,Elmarın anası-Elnarə xanım, Natiqin anası-Ətayə xanım,Üzeyirin anası-Fəridə xanım) və qazilərimizdən Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş yaralanaraq 33 gün əsir düşmüş Kərimov Bayram, Suqovuşanın alınmasında şəxsən iştirak etmiş baş gizir İsmayılov Elşən, Fizuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş Məmmədov Taleh və Həsənov Fərrux iştirak etmişlər. Məktəbin foyesində rəssamlıq şöbəsinin şagirdlərinin II Qarabağ müharibəsini əks etdirən rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. Tədbirə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla anaraq başlandı. Tədbirdə Azərbaycan xalq mahnısı "Ay Laçın"T.Quliyev "Axşam oldu", V.Adıgözəlov "Qərənfil""Xudayar təsnifi",C, Cahangirov "Qarabağ" "Azərbaycan" mahnıları və bir çox başqa musiqi nömrələri ifa olundu və video çarxlar nümayiş olundu. Sonda 44 günlük müharibəyə həsr olunmuş bədii kompozisiya nümayiş etdirildi.Tədbirdən aldıqları təəsuratları bölüşmək üçün söz şəhid Hacı Raufun anası Brilyant xanıma və qazimiz Kərimov Bayrama verildi.